- 12:24
ABŞ-nin İran limanlarının blokadasına 10 mindən çox hərbçi cəlb olunub.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, ilk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasından çıxa bilməyib.
Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri, Dəniz Piyadaları Korpusu və Hərbi Hava Qüvvələrinin 10 mindən çox şəxsi heyəti, onlarla döyüş gəmisi və döyüş təyyarəsi ilə birlikdə bu missiyasını yerinə yetirir.
Altı ticarət gəmisinin ABŞ qüvvələrinin göstərişinə əsasən geri qayıdaraq Oman körfəzindəki İran limanlarına yenidən daxil olduğu bildirilib.
Şəbnəm Mehdizadə