- 12:24
Böyük Britaniya 2026-cı ildə Ukraynaya 120 min pilotsuz uçuş aparatı tədarük edəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tədarükə uzun mənzilli zərbə vuran, kəşfiyyat və müşahidə, logistik pilotsuz uçan aparatlar və dəniz vasitələri daxil olacaq.
Pilotsuz uçan aparatları artıq döyüş sınaqlarından keçirilib.
Qeyd olunub ki, PUA-ların istehsalı xərcləri bu il üçün Ukraynaya ayrılmış 3 milyard funt sterlinq (4 milyard dollar) məbləğində yardım paketinə daxil edilib.
Humay Eminqızı