- 15:16
ABŞ-nin Nyu-Cersi ştatında 13 yük qatarı vaqonu relsdən çıxaraq aşıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu Cersi ştatının North Bergen şəhərində 13 yük qatarı vaqonunun relsdən çıxdığı qatar qəzası baş verib.
Vaqonlardan birində olan kimyəvi maddələr qəzadan sonra sızmağa başlayıb.
Qəza səbəbindən 3 magistral yol nəqliyyatın hərəkətinə bağlanıb.
Rəsmilər sızmanın qarşısını almaq üçün işə başlayıb.
Şəbnəm Mehdizadə