- 12:24
"ABŞ prezidenti Donald Tramp İranla dar deyil, hərtərəfli razılaşma əldə etmək istəyir və danışıqlar davam etdiriləcək".
E-huquq.az bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens söyləyib.
"Onun İrana əsas olaraq təklif etdiyi şey çox sadədir. Əgər siz normal bir ölkə kimi davranmağa hazırsınızsa, biz də sizinlə iqtisadi baxımdan normal bir ölkə kimi davranmağa hazırıq. Tramp dar bir razılaşma istəmir" deyə Cey Di Vens əlavə edib.
O, danışıqların davam edəcəyini və potensial razılaşma ilə bağlı nikbin olduğunu bildirib.
"İranla razılaşmanın hələ yekunlaşmamasının səbəbi prezidentin İranın nüvə silahına malik olmamasını təmin edən saziş istəməsidir. Lkain danışıqları davam etdirəcəyik və bunun baş verməsi üçün səy göstərəcəyik. Çünki bu, ölkəmiz və hər kəs üçün əla olardı. Ona görə də bunun baş tutması üçün mübarizəni davam etdirəcəyəm" - deyə vitse-prezident əlavə edib.
Vens iki ölkə arasında ciddi etimadsızlığın olduğunu da qeyd edərək bu problemi bir gecədə həll edə bilməyəcəklərini vurğulayıb.
Şəbnəm Mehdizadə