- 09:49
Türkiyənin İstanbul şəhərində Maltepe rayonunda 7 mərtəbəli bina çöküb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə AFAD,təcili tibbi yardım, yanğınsöndürmə, polis, və digər xilasetmə qrupları cəlb olunub.
İstanbul valisi Davut Gülün sözlərinə görə, dağıntılar altında 7 nəfərin olduğu müəyyən edilib. Onlardan 4-ü ilə əlaqə yaradılıb, digər 3 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Binadan 5 nəfər xilas edilib.
Qeyd edilib ki, 1987-ci ildə inşa edilən binada ümumilikdə 12 mənzil və 33 qeydiyyatda olan sakin var. Çökmə zamanı binada neçə nəfərin olduğu isə dəqiq məlum deyil. Hadisə zamanı binanın giriş mərtəbəsindəki emalatxanada heç kimin olmadığı müəyyənləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Şəbnəm Mehdizadə