İraqın şimalında yerləşən Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşları olan restorana silahlı hücum nəticəsində 1 diplomat öldürülüb.
E-huquq.az "Hurriyet"ə istinadən xəbər verir ki, əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə nəticəsində 2 diplomatın yaralandığı qeyd edilir.
Hücum edənlərin kimliyi hələlik məlum deyil.
