Nyu York məhkəməsi El Çapo ləqəbli Hoakin Qusman Loera ömürlük həbs cəzasına məhkum edib.
E-huquq.az xəbər verir ki, o, 12,7 milyard dollar cərimə də ödəməlidir.
"Sinaloa” narkokartelinin keçmiş başçısı 62 yaşlı Hoakin Qusman Loera 2016-cı ildə Meksikada həbs edilib, sonrakı il ABŞ-a ekstradisiya olunub.
Üsamə ben Ladenin ölümündən sonra Amerika hökuməti El Çaponu "1 nömrəli cinayətkar” hesab edirdi.
ABŞ Prokurorluğunun qənaətinə görə, meksikalı narkobaron 12 milyard dollar məbləğində narkotik maddələr satışı təşkil etmişdir. Öz nüfuzuna görə əfsanəvi Pablo Eskobarı üstələyən El Çaponun başına ABŞ hökuməti 5 milyon dollar mükafat qoymuşdu. Bundan əvvəl Hoakin Qusman Loera Meksikada mühakimə olunmuş, lakin iki dəfə həbsxanadan qaçmışdı.
