İstanbulda FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə edən 68 şübhəli şəxs saxlanılıb.
E-huquq.az xəbər verir ki, şübhəlilərin yaxalanması üçün şəhərin bir neçə rayonunda eyni vaxtda əməliyyat keçirilib.
Digər şübhəli şəxslərin də ələ keçirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
