Məzmuna keç

Tanınmış aktyor səhnədə bıçaqlandı

Tanınmış aktyor səhnədə bıçaqlandı

Honq-Konqlu aktyor və prodüser Simon Yam Çində tədbirlərin birində səhnədə çıxış edərkən bıçaqlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Zhonqşan şəhərində baş verib.

Belə ki, tamaşaçılardan biri qəfil səhnəyə atılaraq aktyorun mədəsinə və qoluna bıçxaq zərbələri endirib. Xəstəzanaya aparılan S.Yamın həyatı üçün təhlükə olmadığı qeyd edilib.

Hadisəni törədən şəxs polis tərəfindən ələ saxlanılıb.

Qeyd edək ki, S.Yam “Çılpaq qatil”, “Şa Po Lanq”, “Seçki”, “Sürgün”, “Oğrular” və başqa filmlərdə rol alıb.