"Western Union" ödəniş sistemi bu gündən etibarən Qazaxıstan, Qırğızıstan, Çin və Vyetnam istisna olmaqla Rusiyadan pul köçürmələrinin həcmini ayda 600 min rubladək (təxminən 9,6 min ABŞ dolları) məhdudlaşdırıb.
E-huquq.az xəbər verir ki, cari ilin aprelin 16-da şirkət Rusiyadan Qazaxıstan, Qırğızıstan, Çin və Vyetnama pul köçürmələrinin həcmini bir ay müddətinə 100 min rubladək (2,7 min dollar) məhdudlaşdırmışdı.
Mənbə: APA
