Məzmuna keç

İranda ABŞ lehinə casusluqda ittiham edilən şəxslər edam olundu

İranda 17 nəfər casusluq ittihamı ilə məhkum olundu

İranda 17 nəfər ABŞ-ın lehinə casusluq ittihamı ilə məhkum olunub.

E-huquq.az Fars agentliyinə istinadla xəbər verir ki, Tehran məhkəməsində onların bir neçəsi barəsində edam hökmü verilib.

Agentliyin İranın İnformasiya Nazirliyinə istinadla yaydığı xəbərdə deyilir ki, casuslar İranın mühüm obyektləri ilə bağlı informasiyalar toplayıblar. Nazirliyin məlumatına görə, müttəhimlər Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçiblər. Qeyd olunub ki, İranın xüsusi kəşfiyyatı bu şəxsləri ötən il həbs edib.