Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvili istintaqa ifadə verib.
E-huquq.az xəbər verir ki, dindirmə Tbilisi Şəhər Məhkəməsində keçirilib.
Keçmiş nazir Gürcüstan paytaxtında iyunun 20-21-də baş verən hadisələrlə bağlı dindirilib.
Qeyd edək ki, 20-21 iyun hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində müxalifət liderləri – Gia Baramidze, Gigi Uqulava və Qriqol Vaşadze də sorğu-sual olunub.
Mənbə: Report
