Məzmuna keç

Türkiyənin iki vilayətində 6 terrorçu zərərsizləşdirildi

Türkiyənin iki vilayətində 6 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu terrorçulara qarşı növbəti əməliyyat keçirib.

E-huquq.az Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, əməliyyat cənub-şərq Şırnak vilayətinin Cudi və şərq Van vilayətinin Tendürək dağlarında keçirilib.

Terrorçularla ordu arasında baş verən insident nəticəsində altı silahlı zərərsizləşdirilib.

Əməliyyat hərbi hava qüvvələrinin dəstəyi ilə davam etdirilir.