ABŞ Maliyyə Nazirliyi Tehran İnqilab Məhkəməsinin iki hakimi Məhəmməd Moqise və Əbülqasım Salavatiyə qarşı sanksiya tətbiq edib.
E-huquq.az xəbər verir ki, Nazirlik hakimləri insan haqlarını pozduqları üçün “qara siyahı”ya salıb. Nazirliyin bəyanatında deyilir:
“Uzun illərdir ölkələrində insan haqlarını pozan bu hakimlər söz və toplaşmaq azadlığından istifadə edən jurnalistləri, vəkilləri və fəalları ömürlük həbsə, qamçılanmaq cəzasına və hətta edama məhkum ediblər”.
