ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə raket mərmisi düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı bildirib.
Məlumata görə, Bağdadın mərkəzində, hökumət binalarının və ABŞ səfirliyinin olduğu "Yaşıl zona" minaatanlardan atəşə tutulub. Hədəf kimi ABŞ-ın Bağdaddakı səfirliyi seçilib.
Hadisə nəticəsində dinc sakinlər xəsarət alıblar.
