Məzmuna keç

XİN: İranda baş verən təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar yoxdur

XİN: İranda baş verən təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar yoxdur

Azərbaycanın Tehrandakı Səfirliyindən verilmiş ilkin məlumata görə İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb.

Bunu e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.

İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərinin hamısı həlak olub.