İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 7 raket zərbəsi endirilib.
E-huquq.az xəbər verir ki, bazanın ərazisi ABŞ hərbçiləri tərəfindən də işlədilir. Raket zərbələri nəticəsində 4 İraq hərbçisi xəsarət alıb, ABŞ hərbçiləri arasında yaralanan yoxdur.
Raket zərbələrinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.
