- 15:07
Tərtərdə minik maşını traktora çırpılıb.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Evoğlu kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-21099" markalı minik maşını hərəkətdə olan zaman traktora çırpılıb. Hadisə nəticəsində sürücü 1958-ci il təvəllüdlü Quliyev Azay Xasay oğlu xəsarət alıb. Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.