- 10:26
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs tutulub.
E-huquq.az xəbər verir ki, Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb.
E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.