Xocəsəndə taxta sexində baş verən yanğın söndürüldü - YENİLƏNDİ


  • 16 May 18:24

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə e-huquq.az-a FHN-nin Mətbuat xidmətindən bildirilib.

***

17.17

Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.

FHN-dən e-huquq.az-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər