- 16:14
Gəncədə kafedə adam bıçaqlayan 17 yaşlı yeniyetmə saxlanılıb.
E-huquq.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 31 yaşlı Yasin İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ömər Tağızadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumat üçün bildirək ki, hadisə bir neçə gün öncə Gəncədəki kafelərdən birində baş verib.