Məzmuna keç

Abşeronda yaşayış binalarına yaxın ərazidə yanğın baş verdi

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinə yaxın ərazidə yanğın hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis qüvvələri cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğının yaxınlıqdakı yaşayış binalarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.