- 5 İyun 19:00
Bakıda iki qardaş bıçaqlanıb.
E-huquq.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
1989-cu il təvəllüdlü Amil Tağıvev mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Şahin Mehtiyev və 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarəti yetirib.
Nəticədə xəsarət alan qardaşlar Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.