Lerikdə zəlzələ oldu - YENİLƏNDİ


  • 5 İyun 00:11

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

00.02

Lerik rayonunda zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 17 kilometrdə olub.

Təbii fəlakət Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.

Oxşar xəbərlər