Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB


  • 5 İyun 17:16

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

E-huquq.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.

***

Şamaxı rayonunda yenidən zəlzələ olub.

Bu barədə e-huquq.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.

***

Şamaxı rayonu ərazisində 3,7 maqnitudalı zəlzələ olub.

Bu barədə e-huquq.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 16.02-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Oxşar xəbərlər