- 19:28
Babək rayon Zeynəddin kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 195 m² yaşayış evinin 170 m² hissəsi yanıb, 25 m² hissə yanğından mühafizə edilib.