Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb


  • 6 İyun 13:25

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel " markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərruafatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər