- 6 İyun 13:25
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə məişət tullantıları yığılmış sahədə baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.