- 19:53
Sabirabad rayonunda yanğınla nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, Sabirabad rayonunun Minbaşı kəndində "Lifan" və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində “ВАЗ” markalı minik avtomobilinin hissələri yanıb.
Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.