Bacısı oğluna işgəncə verməkdə şübhəli bilinən qadın həbs olundu


  • 12:22

Bakıda 14 yaşlı bacısı oğluna işgəncələr verməkdə şübhəli bilinərək saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, yeniyetmə hər iki valideynini itirib. O, xalası G.Novruzovanın himayəsində yaşayırmış.

Oxşar xəbərlər