Cəlilabadda ağır qəza, 6 nəfər yaralandı


  • 16:43

Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

"Mercedes" ilə "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində aralarında azyaşlılar da olmaqla, altı nəfər xəsarət alıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına xəstəxanasına çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər