Beyləqanda kafedə 2 nəfər güllələndi - YENİLƏNDİ


  • 6 Sentyabr 15:40

Beyləqan rayonunun Şahsevın qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, insident zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

14:17

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər