Sabunçu rayonunda yanğın oldu


  • 7 Sentyabr 18:37

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Köməkçi tikilinin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər