- 10:08
Suriya təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində İraq-Şam İslam Dövlətinin (İŞİD) liderlərindən birini həbs edib.
E-huquq.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb .
Bildirilir ki, Əbu Hüseyn əl-İdari ləqəbli terrorçu təşkilatın Suriyada fəaliyyət göstərən hücrələrinin maddi-texniki təminatına, həmçinin toqquşmalarda öldürülən İŞİD yaraqlılarının arvadlarına nağd ödənişlərə cavabdeh olub.
Avqustun 22-də İŞİD yaraqlıları Deyr əz-Zor vilayətinin şərqindəki nəzarət-buraxılış məntəqəsində terror aktı törədib və nəticədə təhlükəsizlik xidmətinin zabiti həlak olub.
İŞİD yaraqlıları 2013-cü ildən Suriya və İraqda fəaliyyət göstərir. 2015-ci ilin ortalarında İŞİD Suriya ərazisinin təxminən 70%-nə nəzarət edirdi.