Bibiheybətdə istirahət mərkəzində yanğın baş verib - FOTO


  • 8 Sentyabr 10:08

Bibiheybət qəsəbəsində yerləşən istirahət mərkəzində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Oxşar xəbərlər