Bakıda ağır qəzada 19 nəfər xəsarət aldı


  • 8 Sentyabr 12:31

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 19 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Oxşar xəbərlər