Məzmuna keç

Sabirabadda 4 otaqlı ev yandı

Sabirabad şəhərində ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə, evə bitişik ümumi sahəsi 40 m² olan talvarın taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.