Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın söndürülüb.
E-huquq.az xəbər verir ki, yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
***
00.25
Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub.
E-huquq.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, zalda olan kompüter və bir neçə əşya yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
