Məzmuna keç

Gəncədə 37 yaşlı kişi intihar etdi

Gəncədə intihar hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Şahbuz Xanlı yaşadığı evin zirzəmisində sol qolunu kəsici alətlə kəsərək intihar edib.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.