Ağcabədidə yanğın zamanı 80 baş mal-qara tələf oldu


  • 6 Dekabr 2023 16:12

Ağcabədidə yanğın olub, 80 baş mal-qara tələf olub.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Kənd sakini Mikayıl Abdullayevə məxsus fərdi təsərrüfatda yanğın baş verib. Hadisə yerinə dərhal FHN-nin Ağcabədi rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun qarşısı alınıb.

Hadisə nəticəsində tövlədə olan 80 baş iribuynuzlu heyvan tələf olub. Təsərrüfat sahibinin bildirdiyinə görə, ona təxminən 150 min manatlıq ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər