Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB


  • 7 Dekabr 2023 08:36

Xəzər dənizində zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***

Azərbaycanda güclü zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən e-huquq.az-a bildirilib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisəndə zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunub.

Oxşar xəbərlər