Ağdaş sakini qətlə yetirildi, qonşusu saxlanıldı


  • 7 Dekabr 2023 12:47

Ağdaş sakini Araz Hacıyev qətlə yetirilib, qonşusu saxlanılıb.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Oxşar xəbərlər

  • 25 Fevral 09:31
Masazırda ev yandı