Dönərxanada yanğınla nəticələnən partlayış olub, xəsarət alanlar var - FOTO


  • 7 Dekabr 2023 14:31

Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər