- 11 Fevral 22:00
Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.