Məzmuna keç

Yevlaxda bədbəxt hadisə baş verdi

Yevlax şəhər sakini 2006-cı il təvəllüdlü Həşimov Kamran Bakir oğlunun qida zəhərlənməsi ilə bağlı Yevlax rayon mərkəzi xəstəxanasına məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, həkimlərin ona göstərdiyi tibbi yardımlara baxmayaraq 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax rayon prokurorluğu tərəfindən araşdırma aparılır.