- 8 May 17:33
Qusar rayonunda yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Qusar-Xurel marşurutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.