Rusiya sülhməramlılarına məxsus "BTR" Xankəndidə qəzaya uğradı - Ölən və yaralananlar var


  • 11 Dekabr 2023 21:37

Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

E-huquq.az xəbər verir ki, bu barədə Telegram kanallarında məlumat yayılıb.

Qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndiririlir.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.

Mənbə: APA

Oxşar xəbərlər