Məzmuna keç

Bakıda dönərxanada yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan dönərxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", – deyə qeyd olunub.