Məzmuna keç

Cəlilabadda piyadanı vuraraq öldürən sürücü saxlanıldı

Cəlilabadda piyadanı vuraraq öldürən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad sakini Alxas Ağayev idarə etdiyi "VAZ 21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndində hərəkətdə olarkən yolu keçən piyada – 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.