Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.
Bu barədə e-huquq/az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
